Türkiyə parlamenti növbəti sədr seçkisi

Türkiyə qanunvericiliyinə uyğun olaraq 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinə (TBMM) ikinci dövr üçün yenidən sədr seçiləcək

1448973
Türkiyə parlamenti növbəti sədr seçkisi

 

  Türkiyə qanunvericiliyinə uyğun olaraq 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinə (TBMM) ikinci dövr üçün yenidən sədr seçiləcək.

  27-ci çağırış parlamentinin ikinci dövründə sədrlik uğrunda bu namizədlər mübarizə aparacaq: 

1) TBMM-nin hazırki sədri, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Tekirdağ millət vəkili Mustafa Şentop,

2) Cümhuriyyət Xalq Partiyasından (CHP) Ankara millət vəkili Haluk Koç,

3) Xalqların Demoktratik Partiyasından (HDP) İstanbul millət vəkili Erol Katırcıoğlu,

4) İYİ Partiyadan Qaziantep millət vəkili İmam Hüseyn Filiz ilə

5) Türkiyə İşçi Partiyasının (TİP) sədri və İstanbul millət vəkili Erkan Baş.

  Parlamentdə təmsil olunan Milliyyətçi Hərəkat Partiyası (MHP) öz namizədini irəli sürməyib. MHP hakim Ədalət və İnkişaf Partiyasının namizədi, Məclisin hazırkı sədri Mustafa Şentopu dəstəkləyəcəyini bildirib.

  Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, parlament sədri iki il müddətinə seçilir. İyulun 6-da Mustafa Şentopun parlament sədri kimi səlahiyyət müddəti başa çatır. Yeni sədrin seçkisi isə iyulun 7-də olacaq.



Әlaqәli Xәbәrlәr