Türkiyә Myanmaya başsağlığı verib
Türkiyә dünәn Myanmada baş verәn torpaq sürüşmәsi nәticәsindә hәyatını itirәnlәri ilә bağlı bu ölkәyә başsağlığı verib.
![Türkiyә Myanmaya başsağlığı verib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/74d1/503a/2929/5d1c4eddd0730.jpg?time=1719063509)
Türkiyә dünәn Myanmada baş verәn torpaq sürüşmәsi nәticәsindә hәyatını itirәnlәri ilә bağlı bu ölkәyә başsağlığı verib.
Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Myanmanın şimalında baş verәn torpaq sürüşmәsi nәticәsindә 162 nәfәrin hәyatını itirmәsi vә 54-dәn çox adamın yaralanması ilә bağlı yayılan xәbәr bizi kәdәrlәndirib. Hәlak olanların ailәlәrinә vә dost Myanma xalqına dәrin hüznlә başsağlığı, xәsarәt alanlara şәfa dilәyirik. İtkin düşәnlәrın әn qısa zamanda tapılmasını ümid edirik’’.
Qeyd edәk ki, Myanmanın Kaçin әyalәtindә yağan aramsız yağışlar sәbәbindәn torpaq sürüşmәsi baş verib. Tәbii fәlakәt nәticәsindә 162 nәfәr hәyatını itirib.
Әlaqәli Xәbәrlәr
![“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/d70c/b012/6827/6675746308657.jpg?time=1719063509)
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
![“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi](http://cdn.trt.net.tr/images/medium/rectangle/cb09/0bb8/be30/667528251ad6f.jpg?time=1719063509)
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...