YTB-nin dəstəyilə Almaniyanın Neurade şəhərində gigiyena paketi paylanıb

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) Almaniyanın Neurade şəhərində 60 yaşdan yuxarı insanlara gigiyena paketi paylayıb.

1445605
YTB-nin dəstəyilə Almaniyanın Neurade şəhərində gigiyena paketi paylanıb

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) Almaniyanın Şimali Reyn-Vestfaliya (KRV) əyalətindəki Neurade şəhərində 60 yaşdan yuxarı insanlara gigiyena paketi paylayıb.
YTB tərəfindən həyata keçirilən "Diaspor "Covid-19" Dəstək və Əməkdaşlıq Proqramı" çərçivəsində, Avropa Trabzon Körpübaşlılar Dərnəyi ilə birlikdə risk qrupundakı 60 yaşdan yuxarı insanlara 200 gigiyena paketi təqdim edilib. 
Avropa Trabzon Körpübaşlılar Dərnəyinin sədri Əhmət Anaç YTB-yə verdiyi dəstəyə görə təşəkkür edib.
Anaç "Hamımızın bu pandemiya prosesindən sağ-salamat xilas olacağımıza ümid edirəm və yenidən bir araya gələcəyik. İlk nəsil və 60 yaşdan yuxarı olan ağsaqqallarımızı evlərində ziyarət etdik, gigiyeniya paketlər verdik və yaxşı dualar aldıq" deyib.



Әlaqәli Xәbәrlәr