Türkiyә PKK tәrәfdaşlarının Avstriyada keçirdiyi etiraz aksiyasına reaksiya göstәrib

Türkiyә Avstriyada separatçı terror tәşkilatı PKK tәrәfdaşlarının etiraz aksiyaları keçirmәsinә reaksiya göstәrib.

1445425
Türkiyә PKK tәrәfdaşlarının Avstriyada keçirdiyi etiraz aksiyasına reaksiya göstәrib

 

Türkiyә Avstriyada separatçı terror tәşkilatı PKK tәrәfdaşlarının etiraz aksiyaları keçirmәsinә reaksiya göstәrib.

Xarici İşlәr Nazirliyi PKK tәrәfdaşlarının  Avstriyanın paytaxtı Vyanada bir neçә gündür etiraz aksiyaları keçirildiyini açıqlayıb.

Nazirlikdәn verilәn açıqlamada Türkiyәnin terror tәşkilatına qarşı müvәffәqiyyәtli әmәliyyatlar apardığına işarә edilib. Açıqlamada hәmçinin Avstriya polisinin türklәrә etdiyi müdaxilәyә dә reaksiya göstәrilib. Müdaxilә zamanı bәzi türklәrin yaralandığı vә türklәrә aid  iş yerlәrinin zәrәr gördüyü bildirilib.

Ölkә daxilindә vә sәrhәddәn kәnarda terror tәşkilatına qarşı  aparılan әmәliyyatlarda әhәmiyyәtli nәticәlәrin әldә edildiyi vurğulanan açıqlamada hәmçinin bu ifadәlәrә yer verilib: ‘‘Keçirilәn aksiyalarda terror tәşkilatı PKK-nın tәbliğatına icazә vermәk, terror tәşkilatının simvollarının istifadә edilmәsini  görmәzlikdәn gәlmәk vә ölkәmizin hәdәf alınması qәbuledilmәzdir. Hәyata keçirdiyimiz әmәliyyatlar nәticәsindә ağır zәrbәlәr alan terror tәşkilatı PKK-ya dәstәk vemәk üçün göstәrilәn sәylәr nәticәsiz qalacaq’’.



Әlaqәli Xәbәrlәr