Hulusi Akar: ‘‘Pәncә-Qaplan әmәliyyatı nәticәsindә indiyәdәk 41 terrorçu zәrәsizlәşdirilib’’

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar İraqın şimalında hәyata keçirilәn ‘‘Pәncә-Qaplan’’ әmәliyyatı nәticәsindә indiyәdәk 41 terrorçunun zәrәsizlәşdirildiyini açıqlayıb.

1445548

Hulusi Akar komandanlar vә nazir müavinlәrinin iştirakı ilә videokonfrans formatında tәşkil edilәn iclasda çıxış edib.

Separatçı terror tәşkilatı PKK-ya qarşı hәyata keçirilәn әmәliyyat ilә bağlı açıqlama verәn Türkiyәnin milli müdafiә naziri deyib: ‘‘İndiyәdәk 41 terrorçu zәrәrsizlәşdirilib, çox sayda silah-sursat әlә keçirilib.Әmәliyyat planlaşdırıldığı şәkildә hәyata keçirilir. Bölgәlәri nәzarәt altına almaq istiqamәtindәki fәaliyyәtlәr davam etdirilir’’.

Terrorçulara qarşı aparılan mübarizәnin qәtiyyәtlә davam etdirildiyini vә son terrorçu da zәrәrsizlәşdirilәnәdәk davam etdirilәcәyini bildirәn Hulusi Akar sözlәrinә belә davam edib: ‘‘İyunun 15-dә ‘‘Pәncә-Qartal’’ әmәliyyatı nәticәsindә terrorçuların İraqın şimalındakı yuvaları, ümumilikdә 81 hәdәf müvәffәqiyyәtli şәkildә Hәrbi Hava Qüvvәlәrimiz tәrәfindәn mәhv edildi’’.

Qeyd edәk ki, Türkiyә Silahlı Qüvvәlәri iyunun 15-dә ‘‘Pәncә-Qartal’’, iyunun 17-dә isә ‘‘Pәncә-Qaplan’’ әmәliyyatına start vermişdi.

Әlaqәli Xәbәrlәr