"2020-ci ilin son iki rübündə güclü inkişaf nisbətinə çatmağı gözləyirik", R.T.Ərdoğan

İstanbuldakı Vəhdəddin Köşkündən videokonfrans yoluyla qatıldığı ''Yetkin ətraf mühiti qoruma layihəsi: dərin deşarj xətti B tuneli” mərasimində etdiyi çıxışında R.T.Ərdoğan deyib

1444537
"2020-ci ilin son iki rübündə güclü inkişaf nisbətinə çatmağı gözləyirik", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün göstəricilərin ölkənin çox ciddi bir sıçrama eşiyində olduğundan xəbər verdiyini dedi.

  İstanbuldakı Vəhdəddin Köşkündən videokonfrans yoluyla qatıldığı ''Yetkin ətraf mühiti qoruma layihəsi: dərin deşarj xətti B tuneli” mərasimində etdiyi çıxışında R.T.Ərdoğan deyib: "Sərmayədən, istehsaldan, inkişafdan, məşğulluqdan əsla vaz keçmədən hədəflərimizə doğru getməkdən qurur duyuruq… Mart ayında başlayan, apreldə bütün ağırlığıyla sürən, maydan yavaşlayan korona virusu (Covid-19) epidemiyasına baxmayaraq, ilk 5 ayda təkcə sənaye bölgələrində 520 yeni fabrik açdıq… İlin son iki rübündə güclü inkişaf nisbətinə çatmağı gözləyirik”.



Әlaqәli Xәbәrlәr