İsrailə Türkiyədən çağırış

M.Çavuşoğlu BMT Təhlükəsizlik Şurasının İsrail-Fələstin problemi və İsrailin işğalı altındakı İordan çayının Qərb sahillərini ilhak planının müzakirə edildiyi yığıncağa məktub göndərib

1442905
İsrailə Türkiyədən çağırış

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsraili İordan çayının Qərb sahillərini ilhak planını dayandırmağa çağırdı.

  M.Çavuşoğlu BMT Təhlükəsizlik Şurasının İsrail-Fələstin problemi və İsrailin işğalı altındakı İordan çayının Qərb sahillərini ilhak planının müzakirə edildiyi yığıncağa məktub göndərib. Məktubda Türkiyə hökumətinin mövqeyi bildirilərək yazılır: “İsrail işğal altındakı qeyri-qanuni yaşayış məskənləri ilə beynəlxalq hüququ pozur. Bu, iki dövlətli həll, ədalətli sülhə qarşı ən böyük maneələrdən biridir. Yerli vətəndaşlara qarşı həddindən artıq və nisbətsiz güc tətbiqi, Qüdsün statusunun dəyişdirilməsi cəhdləri, Qəzzaya qarşı insanlıqdan uzaq mühasirə fələstinlilərin konstitusiya haqq və azadlıqlarına zərər verir.

  İsrail son illər işğal altındakı Fələstin torpaqlarında qeyri-qanuni yaşayış məskənlərini genişlədib. Beynəlxalq cəmiyyət İsrailin bu qeyri-qanuni massivlərinin daha da böyütməsinə maneə törətmək üçün hər cür səy göstərmək məcburiyyətindədir.

  Dünya dövlətlərinin böyük əksəriyyəti bu plana qarşı çıxsa da, daim Fələstinin qanuni haqqlarının qorumaq vəzifəsini Türkiyə icra edir və ölkə xalqına tam dəstək verməkdə davam edir.

  İsrail hökumətini yenə qeyri-qanuni yaşayış məskənləri və qeyri-qanuni ilhak planlarını təcili dayandırmağa çağırırıq.''



Әlaqәli Xәbәrlәr