Türkiyә Paraqvaya da tibbi lәvazimat göndәrib

Bu barәdә Paraqvay dövlәt başçısının xanımı Silvana Abdo rәsmi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verib.

1441875
Türkiyә Paraqvaya da tibbi lәvazimat göndәrib

 

Türkiyә yeni növ koronavirus epidemiyası ilә mübarizә çәrçivәsindә Paraqvaya tibbi lәvazimat göndәrib.

Bu barәdә Paraqvay dövlәt başçısının xanımı Silvana Abdo rәsmi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verib. Silvana Abdo qeyd edib ki, Türkiyәnin göndәrdiyi tibbi lәvazimat ölkәsinә çatıb.

Abdo Türkiyәyә tәşәkkür edәrәk deyib: ‘‘Xüsusilә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın xanımı Әminә Әrdoğana ölkәmizә vediyi dәstәyә görә tәşәkkür edirәm’’.

Mәlumata görә, göndәrilәn tibbi lәvazimat 50 min xüsusi geyim, 30 min N 95 maskası, 100 min tibbi maska vә  20 min eynәkdәn ibarәtdir.



Әlaqәli Xәbәrlәr