Somalidә terror aktının qarşısı alınıb

Somalinin paytaxtı Moqadişodakı Türkiyә hәrbçilәrinin tәlim keçdiyi hәrbi bazanın qarşısında terror aktı törәtmәyә cәhd edәn terrorçu zәrәsizlәşdirilib.

1441404
Somalidә  terror aktının qarşısı alınıb

 

Somalinin paytaxtı Moqadişodakı Türkiyә hәrbçilәrinin tәlim keçdiyi hәrbi bazanın qarşısında terror aktı törәtmәyә cәhd edәn terrorçu zәrәsizlәşdirilib.

Türkiyәnin Somalidәki sәfiri Mehmet Yılmazın verdiyi açıqlamada TURKSCOM Hәrbi Tәlim Bazasının qarşısında partlayış törәtmәyә cәhd edәn terrorçunun әsgәrlәr tәrәfindәn zәrәsizlәşdirildiyini bildirib.

‘‘İlkin mәlumatlara әsasәn, terrorçu-kamikadze hәrbi bazaya daxil olmağa cәhd göstәrib vә somalili hәrbçilәrin ‘‘dayan’’ xәbәrdarlığına riayәt etmәdiyi  üçün vurulub. Hәmin  vaxt partlayış baş verib. Partlayış nәticәsindә bir dinc sakinin hәlak olduğuna dair mәlumat daxil olub’’,-deyә Türkiyәnin Somalidәki sәfiri vurğulayıb.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Terror tәşkilatı Әs-Şәbab vaxtaşırı tәhlükәsizlik qivvәlәrini  vә yaşayış mәntәqәlәrini hәdәf alan hücumlar törәdir.



Әlaqәli Xәbәrlәr