PKK terror təşkilatı bu dəfə mülki şəxsləri hədəf aldı

Türkiyənin Şırnak şəhərində terrorçular mülki şəxsləri hədəf alıb.

1438170
PKK terror təşkilatı bu dəfə mülki şəxsləri hədəf aldı

Türkiyənin Şırnak şəhərində terrorçular mülki şəxsləri hədəf alıb.
Şırnak vilayətinin Silopi qəsəbəsində işçiləri daşıyan maşında baş verən partlayışda 4 işçi həlak olub.
Valilik hadisənin terror hücumu olduğunu bildirib. Valiliyin məlumatında işçiləri daşıyan maşında terror təşkilatı PKK tərəfindən daha əvvəl yolda yerləşdirildiyi düşünülən əl istehsalı partlayıcı qurğunun partladıldığı qeyd edilib.

Prezident köməkçisi Fuad Oqtay Şırnak vilayətinin Silopi qəsəbəsində işçilərin olduğu maşının keçdiyi əsnada baş verən və terror hücumu olduğu aşkarlanan partlayışla əlaqədar olaraq, "Heç vaxt günahsız mülki insanları hədəfə almaqdan imtina etməyən terror təşkilatının nəfəs almasına icazə aldırmayacaq və sərhədlərimizdə və ölkə xaricində kökünü kəsəcəyik" ifadəsini işlədib.
Oqtay "Twitter" hesabından etdişi paylaşmada həyatını itirən 4 adamın yaxınlarına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr