Türkiyә Qızıl Aypara Cәmiyyәti Sudana tibbi lәvazimat göndәrib
Bu barәdә Türkiyә Qızıl Aypara Cәmiyyәtinin Sudandakı rәsmisi Serdar Yılmaz mәlumat verib.
![Türkiyә Qızıl Aypara Cәmiyyәti Sudana tibbi lәvazimat göndәrib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/edb7/3222/c8ef/5ee86590d8e18.jpg?time=1719047494)
Türkiyә Qızıl Aypara Cәmiyyәti yeni növ koronavirusla mübarizә çәrçivәsindә Sudana tibbi lәvazimat göndәrib. Tibbi lәvazimatı daşıyan tәyyarәnin paytaxt Hartuma çatdığı bildirilib.
Mәlumata görә, tәyyarә Hartum hava limanında Türkiyә vә Suda Qızıl Aypara Cәmiyyәtlәrinin nümayәndәlәri tәrәfindәn qarşılanıb.
Bu barәdә Türkiyә Qızıl Aypara Cәmiyyәtinin Sudandakı rәsmisi Serdar Yılmaz mәlumat verib. O, koronavirusla mübarizә çәrçivәsindә Türkiyәdәn Sudana göndәrilәn 150 yardım bağlamasının ölkәyә çatdığını deyib.
Sudan Qızıl Aypara Cәmiyyәtinin rәsmisi Yusif Әli Ubeydurrahme isә öz növbәsindә bildirib ki, Türkiyә Qızıl Aypara cәmiyyәti vә Türkiyә xalqı hәr zaman sudanlıların yanında olub. Bu yardıma görә Türkiyә xalqına çox tәşәkkür edirәm.
Әlaqәli Xәbәrlәr
![“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/d70c/b012/6827/6675746308657.jpg?time=1719047494)
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
![“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi](http://cdn.trt.net.tr/images/medium/rectangle/cb09/0bb8/be30/667528251ad6f.jpg?time=1719047494)
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...