Çanaqqalada 125 qaçqın xilas edilib

Çanaqqalanın Ayvacık və Bozcaada qəsəbəsinin sahillərində 125 qaçqın xilas edilib.

1436624
Çanaqqalada 125 qaçqın xilas edilib

Çanaqqalanın Ayvacık və Bozcaada qəsəbəsinin sahillərində 125 qaçqın xilas edilib.
Yunanıstanın Lesbos adasına keçməyə cəhd edən qaçqınlar 2 rezin qayıqda Egey dənizinə hərəkət ediblər. 
Yunanıstan sahil təhlükəsizlik xidmətinin Türkiyə sahili sularına itələdiyi müxtəlif ölkələrdən gələn qaçqınlardan 29-u Babakale, 69-u isə Sivrice sahillərində aşkarlanaraq Sahil Mühafizə Komandanlığının qayıqlarına mindirilib.
Sahilə çıxarılan 98 nəfər Sahil Mühafizə Polis Bölməsinə aparılıb.
Bozcaada sahillərində rezin qayıqlarında problem yaranan 27 qaçqın isə sahil təhlükəsizlik qüvvələrindən  kömək istəyib.
Qayıqlarının mühərriki pozulan qaçqınlar xilas edilərək quruya çıxarılıb.



Әlaqәli Xәbәrlәr