Rusiya nümayəndə heyətinin Türkiyəyə səfəri təxirə salındı

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib

1435670
Rusiya nümayəndə heyətinin Türkiyəyə səfəri təxirə salındı

 

  Rusiya nümayəndə heyətinin Türkiyəyə iyunun 14-nə nəzərdə tutulan səfəri təxirə salınıb. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

  Məlumatda bildirilir ki, Türkiyənin və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı tərəflər səfərin yaxın günlərdə reallaşdırılması ilə bağlı razılıq əldə ediblər.

  Qeyd edək ki, səfər Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında iyunun 10-da keçirilən telefon danışığı zamanı razılaşdırılmışdı.



Әlaqәli Xәbәrlәr