Türkiyənin məhkəmə qərarlarına hörmətlə yanaşması üçün ABŞ-a çağırış edildi

Türkiyə ABŞ-ı müstəqil Türk məhkəmələrinin qərarlarına hörmət göstərməyə çağırdı.

1434333
Türkiyənin məhkəmə qərarlarına hörmətlə yanaşması üçün ABŞ-a çağırış edildi

Türkiyə ABŞ-ı müstəqil Türk məhkəmələrinin qərarlarına hörmət göstərməyə çağırdı.
ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşı Mətin Topuzun "silahlı terror təşkilatına kömək etməsi" ilə bağlı 8 il 9 ay həbs cəzasına məhkum edilməsilə əlaqədar ABŞ-ın Ankara səfirliyinin "Qərardan məyus olduq" və "qərarın ləğvini ümid edirik" ifadəsinə Türkiyənin Vaşinqton Səfirliyi reaksiya verdi.
Türkiyənin Vaşinqton Səfirliyinin "Twitter" hesabında edilən paylaşmada Topuzun "(Fetullahçı Terror Təşkilatı) FETÖ-yə kömək" etdiyi üçün günahkar olduğu və bu qərarı barədə kassasiya şikayəti üçün 7 gün içində müraciət etmək hüququnun olduğu vurğulanıb: "ABŞ Ankara Səfirliyinin Toquz barəsində qanuni qərarı tənqid edən və bu çərçivədə məhkəmənin etibarlılığını şübhə altına aldığı açıqlaması, məhkəmə müstəqilliyinə bir müdaxilə etməklə yanaşı xarici diplomatik nümayəndəliklərin rol və vəzifələrini təyin edən qaydalara və tətbiqlərə uyğun gəlmir. ABŞ Səfirliyinə müstəqil Türkiyə məhkəmələrinin qərarlarına hörmət etməsi və ədliyyə prosesinə müdaxilə etməkdən imtina etməsini tövsiyə edirik".
Qeyd edə ki, İstanbul 14-cü Ağır Cəza Məhkəməsində keçirilən son məhkəmə prosesində M.Topuz FETÖ/PDY terror təşkilatına kömək etməkdə təqsirli bilinərək 8 il 9 ay müddətinə həbs olunub.



Әlaqәli Xәbәrlәr