Zərərsizləşdirilən PKK-lı terrorçular

Şırnak vilayətinin Silopi və Elazığın Arıcak ərazilərində jandarma komandirləri tərəfindən həyata keçirilən əməliyyatlarda 4 terrorçu zərərsizləşdirildi.

1432225
Zərərsizləşdirilən PKK-lı terrorçular

Şırnak vilayətinin Silopi və Elazığın Arıcak ərazilərində jandarma komandirləri tərəfindən həyata keçirilən əməliyyatlarda 4 terrorçu zərərsizləşdirildi.
Daxili İşlər Nazirliyinin məlumatına görə, daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Şırnakın Silopi rayonunun ərazilərində təşkil edilən əməliyyatda 2 terrorçu zərərsizləşdirilib.
Elazığın Arıcak qəsəbəsində Göresedağı mahalında baş verən qarşıdurmada 2 terrorçu ölü məhv edilib.
Bölgədə əməliyyatlar davam edir.

Digər tərəfdən daxili işlər naziri Süleyman Soylu sosial media hesabındakı paylaşmasında daha 4 terrorçunun, Silopi qəsəbəsinin ərazilərində 2 və Elazığ Görese dağlarında 2 olmaqla cəmi 4 terrorçunun  zərərsizləşdirildiyini bildirib.
"Ölkə daxilindəki terrorçuların ümumi sayı 445-ə düşdü. Ümid edirəm ki, terror artıq bu ölkənin taleyi olmayacaq. Bir az daha səbr və səyə ehtiyac var" ifadəsini işlədib.
Vilayət Jandarma Komandanlığının Diyarbəkirin Silvan kəndində həyata keçirdiyi əməliyyatda 2 terrorçu zərərsizləşdirilib.
İyunun 8-də də İran sərhəd xəttində aşkarlanan terror təşkilatı PKK-nın 4 terrorçusu zərərsizləşdirilib.
Digər tərəfdən, Tuncelinin Ovacık ərazilərində keçirilən əməliyyatda zərərsizləşdirilən 6 terrorçudan birinin Terrordan Axtarılanlar Siyahısında narıncı kateqoriyasındakı Sadık Akmaz olduğu aydınlaşdırılıb. 



Әlaqәli Xәbәrlәr