Muğla və İzmirdə qeyri-qanuni qaçqınlar xilas edildi

Yunanıstan Sahil Təhlükəsizlik Qüvvələri tərəfindən geri qaytarılan rezin qayıqdakı 41 qaçqın xilas edilib.

1432079
Muğla və İzmirdə qeyri-qanuni qaçqınlar xilas edildi

Türkiyənin Muğla şəhərində Yunanıstan Sahil Təhlükəsizlik Qüvvələri tərəfindən geri qaytarılan rezin qayıqdakı 41 qaçqın xilas edilib.
Bodrum qəsəbəsi ərazisindəki rezin qayıqda bir qrup qeyri-qanuni qaçqın olduğu məlumatının əldə edilməsi nəticəsində Türkiyə Sahil Təhlükəsizlik Qüvvələri qayığı bölgəyə cəlb olunub.
Yunanıstan Sahil Təhlükəsizlik Qüvvələri tərəfindən geri qaytarılan rezin qayıqdakı sığınacaq axtaran 41 nəfər  qurtarılaraq limana gətirilib.
İzmiri vilayətinin Seferihisar qəsəbəsində də dənizdə qapalı qalan 37 sığınacaq axtaran şəxs quruya çıxarılıb.
Sığınacaq axtaran şəxslər daha sonra Miqrasiya İdarə Müdirliyinə göndəriliblər.



Әlaqәli Xәbәrlәr