Türkiyə Hava Yolları dünya səhiyyə işçiləri üçün endirim kampaniyasına başladı

Şirkət bu kampaniyanın "Covid-19"la mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinə təşəkkür olduğunu bildirib

1431685
Türkiyə Hava Yolları dünya səhiyyə işçiləri üçün endirim kampaniyasına başladı

 

   Türkiyə Hava Yolları (THY) şirkəti bütün dünyanın səhiyyə işçiləri üçün 40 faiz endirim kampaniyasına başlayıb. Bu barədə şirkətin media müşavirliyindən bildirilib.

  Kampaniya çərçivəsində səhiyyə işçiləri onlarla bərabər səyahət edəcək 3 nəfər üçün də endirimli bilet əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər bu il iyulun 18-dək THY-nin internet səhifəsindən qeydiyyatdan keçməlidirlər.

  Şirkət bu kampaniyanın "Covid-19"la mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinə təşəkkür olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr