TİKA Monqolustandakı peşə məktəbinə avadanlıq göndərdi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Monqolustandakı Nalayh Peşə Təhsil və İstehsalat Mərkəzinə avadanlıq göndərib.

1431762
TİKA Monqolustandakı peşə məktəbinə avadanlıq göndərdi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Monqolustandakı Nalayh Peşə Təhsil və İstehsalat Mərkəzinə avadanlıq göndərib.
TİKA-nın verdiyi yazılı açıqlamaya görə, 1954-cü ildə qurulan Nalayh Peşə Təhsil və İstehsalat Mərkəzində qaynaq bölməsində istifadə olunan tədris materialının fonksionallıq xüsusiyyətini itirməsi ləngimələrə səbəb olurdu.
TİKA-nın həyata keçirdiyi layihə ilə müasir avadanlıqla yenilənən qaynaq şöbəsi yenidən istifadəyə verilib.
Monqolustanda hər il 60 şagirdin təhsil alması planlaşdırılan şöbə ilə məşğulluğun artırılması hədəf götürülüb.
Nalayh Bələdiyyə başçısı Radnaabazar Çoijinsambuu, avadanlığın təhvili mərasimindəki çıxışında "Bu layihə ilə həm şagirdlərin sayı, həm də təhsil keyfiyyətinin artırılması hədəfə alınıb. Bununla da Nalayh Bələdiyyəsinin inşaat sektorunun inkişafına töhfə veriləcəkdir" deyib.
Radnaabazar göstərdiyi dəstəyə görə Türk xalqına və dövlətinə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr