Şırnakın Habur sərhəd qapısında daha iki terrorçu təslim oldu

Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir...

1431434
Şırnakın Habur sərhəd qapısında daha iki terrorçu təslim oldu

 

  Türkiyə Daxili İşlər Nazirliyi, Təhlükəsizlik Baş İdarəsi və Jandarma Komandanlığının birgə səyi ilə Şırnak rayonunun Habur sərhəd qapısında daha 2 terrorçu təslim olub.

  Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir: “İki il əvvəl PKK-ya qatıldıqları təsbit edilən bu iki təşkilat üzvü son olaraq İraqda fəaliyyət göstərib. Bu il yalnız razısalma yoluyla təslim olan terrorçu sayı 84-ə çatıb. Uğurlu səylər sayəsində terror təşkilatı üzvlərinin razısalma yoluyla təslim olması fəaliyyətini sürətləndiririk.”  



Әlaqәli Xәbәrlәr