"Liviya ilə əməkdaşlıq sahələrimizi genişlətmə barədə də fikir birliyinə gəldik", R.T.Ərdoğan

Türkiyəyə rəsmi səfərə gələn Liviyanın baş naziri Fayiz əs-Sərrac paytaxt Ankarada Ərdoğanla görüşəndən sonra hər iki ölkə başçısı təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər

1429658
"Liviya ilə əməkdaşlıq sahələrimizi genişlətmə barədə də fikir birliyinə gəldik", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan liviyalıları əsla qiyamçıların ixtiyarına buraxmayacaqlarını vurğuladı.

  Türkiyəyə rəsmi səfərə gələn Liviyanın baş naziri Fayiz əs-Sərrac paytaxt Ankarada Ərdoğanla görüşəndən sonra hər iki ölkə başçısı təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər.  

  R.T.Ərdoğan deyib: “Qiyamçı Hafteri dəstəkləyərək Liviyanı qan və gözyaşına boğanları tarix özü mühakimə edəcək. Liviyanın gələcəyini daim təhdid altında saxlamağa çalışırlar. Biz bu ölkədəki qardaşlarımızı əsla qiyamçıların insafına buraxmayacağıq. Hafterin xalqın haqqı olan nefti qaçaq yollarla satma cəhdlərinə mane olacağıq… Qiyamçıların bütün cəhdlərinə baxmayaraq Liviya Milli Koalisiya Hökuməti yeni tip korona virusu (Covid-19) epidemiyasının də öhdəsindən gəlir… Liviya problemini yerli hökumətlə birlikdə bütün beynəlxalq platformalarda danışacağıq. Liviyanın baş naziri Sərraclə əməkdaşlıq sahələrimizi genişlətmə barədə də fikir birliyinə gəldik. Hədəfimizdə Şərqi Aralıq dənizindəki təbii zənginliklərdən faydalanmaq üçün birgə axtarış və qazma fəaliyyətimizi inkişaf etdirmək də var."

  Liviyanın baş naziri Fayiz əs-Sərrac da öz növbəsində çıxış edib və bunları söyləyib: "Türkiyənin cəsur dəstəyinə görə təşəkkür edirik. Qiyamçılara deyirik: “Siz artıq sonunuzun başlanğıcındasınız. Yaxamızdan əlinizi çəkin. Geri yolunuz yoxdur”. Biz düşməni sonuncusuna qədər məhv etməyə davam edəcəyik. Bunlara müzakirə imkanı da verilməyəcək."



Әlaqәli Xәbәrlәr