Fәxrәddin Altun ABŞ-ın Ankaradakı səfiri ilə telefonla danışıb

Türkiyә Prezident Aparatı Mәtbuat Xidmәtinin rәhbәri Fәxrәddin Altun ABŞ-ın Ankaradakı səfiri David Satterfield ilə telefonla danışıb.

1429022
Fәxrәddin Altun ABŞ-ın Ankaradakı səfiri ilə telefonla danışıb

Türkiyә Prezident Aparatı Mәtbuat Xidmәtinin rәhbәri Fәxrәddin Altun ABŞ-ın Ankaradakı səfiri David Satterfield ilə telefonla danışıb.
Telefon danışığı zamanı "TRT World" başda olmaqla Türkiyə media quruluşlarının işçilərinə  ABŞ-da edilən hücumlarla bağlı narahatlıqlar çatdırılıb, rəsmi Vaşinqtonun bu məsələni təqib edəcəyinə dair əminlik ifadə edillib.
Fəxrəddin Altun demokratik ölkələrdə dinc etirazın qanuni haqq, zorakılığın isə hər zaman qeyri-qanuni olduğunu bir daha təsdiqləyərək,  ABŞ-da 25 maydan bəri baş verən zorakılıq hadisələrinə həm Fətullahçı Terror Təşkilatı FETÖ-nün, həm də Suriyadakı PKK/YPG terroru ilə birgə hərəkət edən ANTIFA-nın dəstəklədiyini vurğulayıb.
Telefon danışığında Türkiyə Cümhuriyyətinin daha əvvəl müxtəlif səbəblərlə  FETÖ və PKK/YPG terror təşkilatları mövzusunda dostcasına xəbədar etdiyi və NATO müttəfiqi ABŞ ilə bütün terror təşkilatlarına qarşı mübarizədə yaxın əməkdaşlığını davam etdirdiği də dilə gətirilib.



Әlaqәli Xәbәrlәr