TİKA Mavritaniyada pandemiya ilə mübarizə çərçivəsində 400 ailəyə yardım edib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi rəhbərliyi Mavritaniyada yeni növ koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar 400 ailəyə qida və təmizləyici vasitələr paylayıb.

1428773
TİKA Mavritaniyada pandemiya ilə mübarizə çərçivəsində 400 ailəyə yardım edib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) rəhbərliyi Mavritaniyada yeni növ koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar 400 ailəyə qida və təmizləyici vasitələr paylayıb.

Agentlikdən verilən açıqlamaya görə, Nazirlik Türkiyənin Nuakşotdakı səfirliyi və Mavritaniyadakı yerli qeyri-hökumət təşkilatlarının (QHT) əməkdaşlığı çərçivəsində, "Covid-19"-un yaratdığı çətin dövrdə yaşamlarını davam etdirmək üçün Mavritaniyalı 400 ailəyə lazımi ərzaq və təmizləyici vasitələrdən ibarət yardım paketləri paylayıb. Humanitar yardım tədbirində, Türkiyədənin Nuakşotdakı fövqəladə və səlahiyyətli səfiri Cem Kahyaoğlu, Cənubi Nuakşot valisi Muhammed Ould Saleck, El Minanın bələdiyyə sədri Muhammed Abdellahi Ould Sgair və Nesim Dərnəyinin başçısı, millət vəkili Abou Sid'Ahmed Khalifa iştirak ediblər.

Səfir Kahyaoğlu tədbirdəki çıxışı zamanı, “Bu təvazökar yardım, Türk və Mavritaniya xalqları arasındakı qardaşlıq, habelə hər iki dövlət və icmalar arasındakı yaxın münasibətlərin gücünü göstərir” deyə bildirib.



Әlaqәli Xәbәrlәr