Türkiyədə "Covid-19"a yoluxma hallarında da eniş nəzərə çarpır
31 maya olan məlumat
1426763
Türkiyənin yeni tip korona virusu (Covid-19) ilə mübarizəsində artan test miqdarına baxmayaraq yoluxma hallarında eniş nəzərə çarpır.
Son 24 saatda virusdan qaynaqlı 25 can qeydə alınıb ki, bununla həyatını itirənlərin ümumi sayı 4540 olub.
Eyni müddət içində 35 min 600 test edilərək 839 yeni diaqnoz qoyulub.
Xəstəxanadan buraxılan 989 adamla sağalanların sayı 127 min 973-ə yüksəlib.