İstanbul Yeşilköy Murad Dilmener Təcili Yardım Xəstəxanası

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda açılan Yeşilköy Murad Dilmener Təcili Yardım Xəstəxanası ilə bağlı fikirlərinin bölüşüb

1426626
İstanbul Yeşilköy Murad Dilmener Təcili Yardım Xəstəxanası

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda açılan Yeşilköy Murad Dilmener Təcili Yardım Xəstəxanası ilə bağlı fikirlərinin bölüşüb. “Twitter”dən etdiyi paylaşmada R.T.Ərdoğan deyib: "45 gün ərzində tamamlanmasına verdiyimiz sözü yerinə yetirərək 1008 yataq həcmli İstanbul Yeşilköy Murat Dilmener Təcili Yardım Xəstəxanasını 31 maydan xidmətə açırıq. Ölkəmizə, xalqımıza xeyirli, uğurlu olsun."

  Paylaşmada xəstəxana görüntüləri və məlumatlar da əksini tapır.

  Qeyd edək ki, ümumi 125 min kvadrat metr sahəyə malik Yeşilköy Murat Dilmener Təcili Yardım Xəstəxanası 75 min kvadrat metrlik bağlı sahədə yerləşir. Xəstəxanada 432-si reanimasiya otağı olmaqla lazım gələndə reanimasiya otağına çevrilə biləcək 1008 palata və 16 əməliyyatxana var.



Әlaqәli Xәbәrlәr