Türkiyә Çada tibbi lәvazimat göndәrib

Türkiyə yeni növ koronavirus (Covid-19) ilə mübarizədə Afrika ölkəsi Çada tibbi avadanlıq göndərib.

1423685
Türkiyә Çada tibbi lәvazimat göndәrib

Türkiyə yeni növ koronavirus (Covid-19) ilə mübarizədə Afrika ölkəsi Çada tibbi avadanlıq göndərib.
Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tibbi materiallar paytaxt Ankaradakı Etimesgut Hərbi Hava limanından Milli Müdafiə Nazirliyinə aid "A400M" tipli yük təyyarəsinə yerləşidirilib.
Tibbi yardımlar arasında təcili yardım maşını da yer alıb.
Göndərilən bağlamaların üzərində Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” sözləri yer alıb.
Çadın Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ilk ölümlərin 29 apreldə baş verdiyini açıqlayıb.
 Türkiyə daha əvvəl ABŞ, İngiltərə, İspaniya, İtaliya və Balkan ölkələrinin də daxil olduğu çox sayda ölkəyə  tibbi yardım göndərib. 



Әlaqәli Xәbәrlәr