Türkiyədə təyyarə və qatar biletlərinin satışına başlandı
Türkiyədə "Covid-19" pandemiyası ilə əlaqədar dayandırılan dəmir yolu, sürətli qatar və təyyarə reysləri bərpa edilir
1423247
Türkiyədə "Covid-19" pandemiyası ilə əlaqədar dayandırılan dəmir yolu, sürətli qatar və təyyarə reysləri bərpa edilir. 25 maydan etibarən ölkədə dəmir yolu və sürətli qatar biletlərinin satışına başlanıb. Türkiyədə dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur.
Biletlər ilkin mərhələdə yalnız onlayn sistemlə satılacaq.
Səfərlər qabaqlayıcı tədbirlər çərçivəsində baş tutacaq.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.