Türkiyə prezidenti Çərkəz sürgününün ildönümü ilə əlaqədar mesaj paylaşdı

Rəcəb Tayyib Ərdoğan Çərkəz sürgününün 156-cı ildönümü ilə əlaqədar mesaj paylaşdı

1421496
Türkiyə prezidenti Çərkəz sürgününün ildönümü ilə əlaqədar mesaj paylaşdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çərkəz sürgününün 156-cı ildönümü ilə əlaqədar mesaj yayınlayıb.
  Ərdoğan "Twitter" hesabındakı mesajında "Doğma vətənlərindən sürgün edildiklərinin 156-cı ilində çərkəz qardaşlarımızın kədərini bölüşürəm və həyatını itirənlərə Allahdan bir daha rəhmət diləyirəm" ifadəsini işlədib.
  Rusiya çarlığı Qafqaz xalqları üçün sürgün siyasətini növbəti dəfə işə salaraq 1864-cü il 21 may tarixindən çərkəzləri Osmanlı torpaqlarına köç etdirdi. Təxminən 1 milyon çərkəz Qafqazdan Türkiyəyə sürgün olundu.

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da sosial şəbəkə vasitvsilə yaydığı mesajında 21 may 1864-cü il tarixində minlərlə qadın, kişi, gənc, yaşlı və uşaq  demədən qətlə yetirildiyini 1 milyondan çox çərkəzin doğma yurdlarından sürüldüyünü xatırladaraq,  "Böyük Çərkəz sürgününün 156-cı ildönümündə yaşanan bu böyük acıları bölüşürəm və həyatını itirən bütün qardaşlarımızı rəhmətlə yad edirəm" deyib.



Әlaqәli Xәbәrlәr