"Türkiyə Avropanın sərhəd gözətçisi deyil və..." H.Aksoy

Türkiyə Avropa İttifaqı (AB) Komissiyasında sədr müavini Marqaritis Skinasın (Margaritis Schinas) Türkiyə və köç mövzusu ilə bağlı dediklərinə reaksiya verib

1421169
"Türkiyə Avropanın sərhəd gözətçisi deyil və..." H.Aksoy

 

  Türkiyə Avropa İttifaqı (AB) Komissiyasında sədr müavini Marqaritis Skinasın (Margaritis Schinas) Türkiyə və köç mövzusu ilə bağlı dediklərinə reaksiya verib.

  Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy M.Skinasın mayın 20-də “Euronews”ə verdiyi müsahibəyə yazılı münasibət bildirərək deyib: "Aİ Komissiyası Avropa Həyat Tərzini İnkişafetdirmə bölümünün sədr müavini Marqaritis Skinasın köçlə bağlı dilə gətirdiyi ifadələr bir Aİ işçisindən daha çox Yunanıstan hökuməti üzvlərinin siyasi sözlərinə bənzəyir.

  Avropa İttifaqının müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirmək əvəzinə Aİ Komissiyası öz sərhədlərində yaşanan hüquq pozuntuları və geri qaytarmalar mövzusunda bu günə qədər ciddi bir araşdırma başlamayıb. M.Skinas əvvəlcə yunan rəsmilərinin törətdiyi pakistanlı Muhammad Gulzar cinayəti, Egey dənizi və Meriç çayında Avropa ölkələrinin gözləri qarşısında davam edən hadisələri, sığınmaçıları hələ də veclərinə almadıqları, beynəlxalq razılaşma və Aİ təlimatına zidd şovinist tətbiqləri və insan haqqları müdafiəçilərinə şiddətdən danışsın.

  Türkiyə Avropa İttifaqının sərhəd gözətçisi və ya qaçqın düşərgəsi deyil və olmayacaq. Ölkəmiz yalnız nizamsız köç məsuliyyətinin ədalətli yük paylaşmasını istəyir. Aİ xarici sərhədlərinin qorunması insan hüquqları və sığınmacı haqqlarını görməməzliyə vurmaq və ittifaqın prinsiplərini inkar etmək mənasına gəlməz. Avropanın xarici sərhədləri Yunanıstandan ibarət deyil”.

 



Әlaqәli Xәbәrlәr