"Bu statusun dəyişdirilməsi üçün atılan hər addım odla oynamaqdır", İ.Kalın

Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın Fələstin xalqının varlığı və iradəsini heçə sayan, Qüds və Fələstin torpaqlarını peşkəş çəkməyə yönəlmiş hər hansı planı qanuni hesab etmədiyini vurğuladı

1418472
"Bu statusun dəyişdirilməsi üçün atılan hər addım odla oynamaqdır", İ.Kalın

 

  Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın Fələstin xalqının varlığı və iradəsini heçə sayan, Qüds və Fələstin torpaqlarını peşkəş çəkməyə yönəlmiş hər hansı planı qanuni hesab etmədiyini vurğulayaraq "Türkiyə olaraq prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə Fələstin xalqının haqlı mücadiləsinə hər zaman dəstək verməyə davam edəcəyik" dedi.

  Nekbe facisəsinin 72-ci ili və Fələstinlə bağlı verdiyi yazılı açıqlamada İ.Kalın bildirib: “Fələstin xalqının məruz qaldığı, "Böyük fəlakət" mənasını vedən Nekbe 72 ildir sürən işğal, qanunsuzluqlar, qəddarlıqlar və ədalətsizliklər deməkdir.

  Bir əsrdir parya (hər kəs tərəfindən xor görülən və aşağılanan) vəziyyətinə düşən Fələstin əhalisinin 70 faizi torpaqlarından didərgin salınıb, 6 milyon fələstinli ayrı-ayrı ölkələrdə qaçqın kimi yaşamağa məhkum olub.

  Birləşmiş Millətlər Təşkilatının qətnamələri və beynəlxalq hüquq müddəalarına baxmayaraq, Şərqi Qüds və İordan çayının Qərb sahillərində (Qərbi Şəriyə) hələ də qanunsuz yəhudi yaşayış məskənlərinin inşası davam edir və fələstinli ailələr zorla evlərindən çıxarılır. Bu ədalətsizliyə və qanunsuzluğa həll tapa bilməyən beynəlxalq birlik bu gün eyni məsələdə daha dərin problemlərlə qarşı-qarşıyadır, on illər boyu sistematik olaraq həyata keçirilən işğalçılıq siyasətinin yeni ilhaq planları ilə genişləndirilməsi və dərinləşdirilməsi planları ilə.

  1967-ci il sərhədləri və BMT-nin 242, 338, 1397 və 1515 saylı qətnamələri ilə paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi bütövlüyə sahib Fələstin dövlətinin olması xalqının tarixi və qanuni haqqıdır. Fələstinin hüquqları təmin edilməzsə, regional və qlobal sülh mümkün deyil.

  Qüdsün hüquqi, dini və tarixi statusunun dəyişdirilməsi istiqamətində atılan hər addım odla oynamaqdır.

  Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi: “Qüds qırmızı xəttimizdir. Qanun, vicdan və ədalət hissi ilə hər kəsi İsrailin müasir vandalizminə qarşı durmağa çağırırıq. İşğal, inkar və ilhaq siyasəti, İsrail vətəndaşları da daxil olmaqla, heç kimə sülh, əmin-amanlıq və təhlükəsizlik gətirməyəcək”.

  Fələstin xalqının varlığına və iradəsinə məhəl qoymayan, Qüds və Fələstin torpaqlarını ilhaqa yönəlmiş hər hansı planı qanuni hesab etmirik. Bu planları kimin qurduğu və kimin dəstəklədiyinin bizim üçün fərqi yoxdur. Türkiyə olaraq prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həmişə Fələstin xalqının haqq davasında yanında olacağıq."



Әlaqәli Xәbәrlәr