Şırnak vә Diyarbәkirdә terrorçulara ağır zәrbә endirilib
Türkiyәnin Şırnak vә Diyarbәkir şәhәrlәrindә terror tәşkilatı PKK-ya qarşı keçirilәn әmәliyyatlar nәticәsindә beş terrorçu zәrәrsizlәşdirilib.
Türkiyәnin Şırnak vә Diyarbәkir şәhәrlәrindә terror tәşkilatı PKK-ya qarşı keçirilәn әmәliyyatlar nәticәsindә beş terrorçu zәrәrsizlәşdirilib.
Ölkә daxilindә keçirilәn әmәliyyatlar nәticәsindә Sırnakın Bestler Dereler bölgәsindә Jandarm Komandanlığı tәrәfindәn әmәliyyat nәticәsindә üç terrorçu zәrәrsizlәşdirilib.
Diyarbәkirin Licә qәsәbәsindә keçirilәn әmәliyyatda isә bir terrorçu ölü, bir terrorçu da sağ olaraq әlә keçirilib.
Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu rәsmi ‘‘Twitter’’ sәhifәsindә verdiyi açıqlamada sözügedәn әmәliyyatlar zamanı beş terrorçunun zәrәsizlәşdirildiyini deyib.
Digәr tәrәfdәn terror tәşkilatı PKK-nın iki üzvü tәhlükәsizlik qüvvәlәrinә tәslim olub.
Belәliklә yanvar ayından etibarәn tәhlükәsizlik qüvvәlәrinә tәslim olan terrorçuların sayı 78-ә yüksәlib.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.