Diyarbәkirdә tәhlükәli terrorçu saxlanılıb

Daxili İşlәr Nazirliyindәn verilәn mәlumata görә, ölkә daxilindә tәhlükәsizliyin tәmin edilmәsi çәrçivәsindә Diyarbәkirin Licә qәsәbәsindә terrorçulara qarşı әmәliyyat keçirilib.

1416858
Diyarbәkirdә tәhlükәli terrorçu saxlanılıb

 

Türkiyәnin Diyarbәkir şәhәrindә separatçı terror tәşkilatı PKK-ya qarşı keçirilәn әmәliyyat nәticәsindә bir terrorçu zәrәsizlәşdirilib, bir tәhlükәli terrorçu da әlә keçirilib.

Daxili İşlәr Nazirliyindәn verilәn mәlumata görә, ölkә daxilindә tәhlükәsizliyin tәmin edilmәsi çәrçivәsindә Diyarbәkirin Licә qәsәbәsindә terrorçulara qarşı әmәliyyat keçirilib.

Әmәliyyat nәticәsindә bir terrorçu ölü, bir terroçu da sağ olaraq әlә keçirilib.

Saxlanılan terrorçunun Daxili İşlәr Nazirliyinin ‘‘narıncı’’ siyahısında olan  ‘‘Heba Rodi’’ lәqәbli T.K  olduğu bildirilib.

Bölgәdә әmәliyyatlar davam etdirilir.



Әlaqәli Xәbәrlәr