Türkiyə 5 ölkənin ortaq bəyannaməsinə reaksiya verdi

Türkiyə Misir, Yunanıstan, Cənubi Kipr, Fransa və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ortaq bəyanatına reaksiya göstərdi.

1415523
Türkiyə 5 ölkənin ortaq bəyannaməsinə reaksiya verdi

 

  Türkiyə Misir, Yunanıstan, Cənubi Kipr, Fransa və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ortaq bəyanatına reaksiya göstərdi.

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy 5 ölkənin ortaq bəyannaməsi ilə əlaqədar yazılı şərh paylaşaraq bildirib:

  “Misir, Yunanıstan, Kipr, Fransa və BƏƏ xarici işlər nazirlərinin 12 mayda Şərqi Aralıq dənizi və Liviya mövzusunda hazırladıqları ortaq bəyanat təqib etdikləri siyasətlərlə regional xaos və qeyri-sabitlik arxasınca qaçan, xalqların demokratiya ümidlərini qiyamçıların, diktatorların təcavüzkarlığına qurban verən bir qrup ölkənin ikiüzlülüyünün nümunəsidir.

  Yunanıstan və Kipr rəhbərliklərinin Şərqi Aralıq dənizilə bağlı Türkiyə və Şimali Kipr Türk Respublikası (Qıbrız) ilə dialoq yerinə, mövzuyla əlaqəsi olmayan xarici aktyorlardan mədət ummaları ancaq müstəmləkəçi məntiqin əsəridir. Türkiyə beynəlxalq hüquq əsasında qanuni mənafelərini qoruyur, haqsızlıq və ədalətsizliyin yolverilməz olduğunu vurğulayır. Eyni sözlər Misir üçün də keçərlidir. Bu ölkənin hökuməti öz xalqının maraq, mənafe və hüquqlarını qorumağı çoxdan kənara qoyduğu üçün özünə aid olmayan işlərə qarışır. Şərqi Aralıq dənizilə heç bir əlaqəsi olmayan BƏƏ-ni isə adı çəkilən ölkələrlə bir araya gətirən Türkiyə düşmənliyindən başqa bir şey deyil. Bu ölkənin həm bizə, həm Liviyaya qarşı kini bəllidir”.

  Qeyd edək ki, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yunanıstan, Kipr və Fransa Liviyadakı tərəflərə Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Xafterə bağlı milis qüvvələrin səbəb olduğu can itkilərini saymadan "Atəşkəsə çağırışı" ediblər.



Әlaqәli Xәbәrlәr