Türkiyә Fәlәstinә tibbi lәvazimat göndәrib

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә Fәlәstinә tibbi lәvazimat göndәrib.

1411725
Türkiyә Fәlәstinә tibbi lәvazimat göndәrib

 

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә Fәlәstinә tibbi lәvazimat göndәrib.

Bu çәrçivәdә  işğal altındakı  İordan çayının qәrb sahilinin Ramalah şәhәrindә tәşkil edilәn mәrasimә Fәlәstin sәhiyyә naziri Mey Keyli, xarici işlәr naziri Riyad әi-Maliki, Türkiyәnin Qüdsdәki baş konsulluğunun rәsmisi, sәfir Ahmәd Rıza Demirer vә fәlәstinli rәsmilәr qatılıblar.

Mәrasimdә çıxış edәn Fәlәstin xarici işlәr naziri Maliki bildirib ki, bu yardım Fәlәstin hökumәtinin ‘‘Covid-19’’ a qarşı apardığı  mübarizә baxımından böyük әhәmiyyәt kәsb edir.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğana tәşәkkür edәn Maliki deyib: ‘‘Bu yardım Fәlәstin dövlәt başçısı Mahmud Abbas ilә president Rәcәb Tayyib Әrdoğan  arasındakı güclü әlaqәlәrin bir göstәricisidir’’.

Türkiyәnin koronavirusla mübarizә çәrçivәsindә Fәlәstinә göndәrdiyi tibbi lәvazimatı daşıyan Türk Hava Yollarına mәxsus tәyyarә aprelin 30-da İsrailin paytaxtı Tel Əviv yaxınşığındakı Ben Gurion hava limanına enmişdi.



Әlaqәli Xәbәrlәr