R.T.Әrdoğan: ‘‘Afrindә törәdilәn hücumu planlaşdıran terrorçu saxlanılıb’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Suriyanın Afrin qәsәbәsindә törәdilәn hücumu planlaşdıran terrorçunun saxlanıldığını deyib.

1408039

Türkiyә Prezident Apatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, Suriya xalqına salamlarını çatdıran Әrdoğan Afrindә separatçı terror tәşkilatı PKK/YPG tәrәfindәn hәyata keçirilәn qanlı hücumu planlaşdıran terrorçunun saxlanıldığını qeyd edib.

Milli Müdafiә Nazirliyindәn verilәn açıqlamada terror tәşkilatı PKK/YPG-nin  Afrinin mәrkәzindә dinc sakinlәrin olduğu Racu prospektindә minalanmış avtomobil ilә törәtdiyi hücumda 11-i uşaq olmaqla 40 nәfәrin öldüyünü, 47 nәfәrin dә yaralandığını bildirmişdi.

Әlaqәli Xәbәrlәr