YTB və Diaspora "Covid-19" Dəstək və Əməkdaşlıq Proqramı

YTB xaricdəki Türkiyə vətəndaşlarının epidemiya əleyhinə könüllü fəaliyyətləri və kampaniyalarını dəstəkləyir

1405543
YTB və Diaspora "Covid-19" Dəstək və Əməkdaşlıq Proqramı

 

  Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsi (YTB) tərəfindən təşkil edilən Diaspora "Covid-19" Dəstək və Əməkdaşlıq Proqramı çərçivəsində ölkə xaricində yaşayan vətəndaşlar və onların qurduğu qeyri-hökumət təşkilatlarıyla birlikdə tibbi maska ​​və xalat istehsalı üzrə işlər görülür.

  YTB xaricdəki Türkiyə vətəndaşlarının epidemiya əleyhinə könüllü fəaliyyətləri və kampaniyalarını dəstəkləyir. Bu çərçivədə yardımlar ehtiyacı olanlara çatdırılır, türk qeyri-hökumət təşkilatlarının istehsal etdiyi maskalar və xalatlar müvafiq ölkələrin xəstəxanalarına bağışlanır.

  YTB-nin başladığı dəstək proqramı çərçivəsində Fransada fəaliyyət göstərən Colmar Dini İşlər üzrə Türk İslam Birliyi (DITIB) Dərnəyinin könüllüləri ətrafdakı xəstəxanalardakı işçilər üçün tibbi maska və xalatlar istehsalına davam edir. İlk paketlər Milüz (Mulhouse) xəstəxanasına bağışlanacaq.

  Colmar DİTİB Dərnəyi tərəfindən görülən işlər çərçivəsində bölgədəki qocalar evləri, yerli polis və xilasetmə qruplarına da müxtəlif xidmətlər verilir. Belə ki, Berqheimdəki “Les Proximelles” Qocalar Evindəki yaşlılara yemək, vəzifə başında olan polis və təhlükəsizlik işçilərinə pizza paylanılıb.



Әlaqәli Xәbәrlәr