Terror təşkilatı PKK-nın 112 terrorçusu zərərsizləşdirilib

15 aprel tarixindən etibarən payız-qış əməliyyatları çərçivəsində terror təşkilatı PKK-dan olan 112 terrorçu zərərsizləşdirilib.

1403315
Terror təşkilatı PKK-nın 112 terrorçusu zərərsizləşdirilib

15 aprel tarixindən etibarən payız-qış əməliyyatları çərçivəsində terror təşkilatı PKK-dan olan 112 terrorçu zərərsizləşdirildi.
Bu barədə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib. Yayılan məlumata görə, PKK-ya qarşı payız-qış əməliyyatları başa çatdıqdan sonra yaz-yay əməliyyatlarına aprelin 15-də başlandı. Yaz-yay dövründə 5 min 981 əməliyyat keçirməyi planlaşdıran Nazirlik bu əməliyyatları oktyabrın 1-də başa çatdıracaq. Əməliyyatlar bu tarixdən sonra da davam edəcək.
Əməliyyatlarla terror təşkilatının keçmişdə istifadə etdiyi sığınacaq bölgələrinə nəzarəti təmin etmək, daimi və müvəqqəti baza bölgələrini istifadəyə vermək, terror təşkilatının fəallığını məhdudlaşdırmaq, yerli əhaliyə heyvandarlıq fəaliyyətlərini davam etdirmək və yaylalardan istifadə etməsinə imkan yaratmaq və terror təşkilatının maddi imkanlarını məhv etmək məqsədi daşıyır.
2019-2020-ci illərin payız-qış dövrü üçün planlaşdırılan 7 min 732 sayı ötülərək 7 min 852 əməliyyat həyata keçirilib.
Əməliyyatlarda 112 terrorçu zərərsizləşdirilib. Bir əsgərin şəhid olduğu, 19 təhlükəsizlik qüvvəsinin yaralandığı əməliyyatlarda, 738 sığınacaq yer və mağarada 338 mina/əl istehsalı partlayıcı (IED), 274 silah, 451 qumbara və 1338 balon ələ keçirilib.

Milli Müdafiə Nazirliyinin məlumatında da Suriyada sığınacaq yerlərindən qaçan terror təşkilatı PKK-YPG-li bir terrorçunun Mardin şəhərində təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr