"Ramazan bayramından sonra ölkəmizin normal həyata keçəcəyinə ümid edirik", R.T.Ərdoğan

Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) onlayn toplantısından sonra açıqlama verib.

1402774
"Ramazan bayramından sonra ölkəmizin normal həyata keçəcəyinə ümid edirik", R.T.Ərdoğan

"Türkiyə qlobal səviyyədəki yenidənqurma prosesinin mərkəzindədir".
Bunu prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) onlayn toplantısından sonra verdiyi açıqlamada deyib.
"Türkiyə olaraq biz də bütün dünyada olduğu kimi, bu pandemiya ilə davamlı mübarizədə aparırıq” deyə bildirən prezident sağlamlığa ciddi zərbə vuran koronavirus pandemiyasının İkinci Dünya Müharibəsindən sonra iqtisadi baxımdan ən böyük böhranı yaratdığını vurğulayıb.
Ərdoğan "Xüsusilə inkişaf etmiş ölkələrin bu qədər hərtərəfli böhran qarşısında çarəsizliyi bütün gələcək proqnozların yenidən qurulmasını tələb edir" deyib.
Rəcəb Tayyib Ərdoğan "Avropanın hər tərəfi və İran kimi epidemiyanın ağır yoluxma prosesinin olduğu ölkələrin yaxınlığındakı Türkiyənin bu prosesdən kənarda qalması, işin təbiətinə ziddir. Ancaq bizim digər ölkələrdən fərqimiz, həm güclü bir səhiyyə infrastrukturuna sahib olmağımız, həm də lazım olan tədbirləri vaxtında görməyimizdir" deyib.
Türkiyənin İkinci Dünya Müharibəsindən bəri ilk dəfə qlobal səviyyədəki bərpa prosesinin mərkəzində yer almaq fürsəti əldə etdiyini ifadə edən Ərdoğan "Epidemiya ilə mübarizə aparmaq qədər, epidemiyadan sonrakı dünyada bölgəmizdə və ölkəmizdə yaranacaq yeni vəziyyətlərə hazır olmaq da əhəmiyyət daşıyır. Hazırda epidemiyada sabit gedişata üz tutulduğunu müşahidə edirik. Ramazan ayı boyunca tədbirlərə ən yüksək səviyyədə riayət etməklə, bayramdan sonra ölkəmizin normal həyata keçəcəyinə ümid edirik"  ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr