Türkiyədə koronavirusdan həyatını itirənlərin sayı 2017 nəfərə çatıb
Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 2017 nəfərə çatıb.
1401193
Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 2017 nəfərə çatıb. Onların 127-i sutka ərzində vəfat edib.
Əldə olunan məlumata əsasən,sutka ərzində 35 min 344 nəfər üzərində müayinə aparılıb. Onlardan 3 min 977 nəfərdə infeksiya aşkarlanıb.
Bu gün sağalan 1523 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 11 min 976 nəfər müalicə olunub.