"Məhz buna görə "Körpü gənclər məktəbi 2020" layihəsini həyata keçiririk", A.Eren

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Birliyinin (YTB) sədri Abdullah Eren "Körpü gənclər məktəbi 2020" layihəsi çərçivəsində Şimali Makedoniya liseyi və universitet tələbələrilə onlayn konfrans keçirdi

1400494
"Məhz buna görə "Körpü gənclər məktəbi 2020" layihəsini həyata keçiririk", A.Eren

 

  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Birliyinin (YTB) sədri Abdullah Eren "Körpü gənclər məktəbi 2020" layihəsi çərçivəsində Şimali Makedoniya liseyi və universitet tələbələrilə onlayn konfrans keçirdi.

  A.Eren çıxışında gənclərə xitabən deyib: “Türkiyə Balkan coğrafiyasına xüsusi əhəmiyyət verir. Balkan ölkələrindəki gənclər də Türkiyədəki həmyaşıdları ilə ünsiyyəti, əlaqələri artırmalıdır.

  Şəxsi bacarıqlarını inkişaf etdirmək, fərqli təcrübələrə sahib olmaq və ictimai həyatı zənginləşdirmək üçün “Körpü gənclər məktəbi” layihəsini gerçəkləşdiririk. Layihəyə qatılan gənclərin kitablar, düşüncə və tarix seminarları, fərdi inkişaf konfransları, təlim-tədris düşərgələri, idman fəaliyyətləri və mədəni səyahətlər qazanmaq şansı olacaq.

  Türkiyə hər mövzuda, o cümlədən, Balkan ölkələrinə “Covid-19” yardımları ilə də dost və qardaş Şimali Makedoniyanın yanında olmağa davam etdiyini bir daha göstərdi”.



Әlaqәli Xәbәrlәr