Mövlud Çavuşoğlu Notr-Dam kilsəsinin keşişinə başsağlığı verib

Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu Notr-Dam kilsəsinin keşişi Dumanda yeni növ koronavirus səbəbindən həyatını itirənlərlə əlaqədar Keldani icmasına başsağlığı verib.

1393932
Mövlud Çavuşoğlu Notr-Dam kilsəsinin keşişinə başsağlığı verib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu aprelin 6-da Fransanın paytaxtı Parisdəki Notr-Dam Keldani kilsəsinin keşişi Dumanda telefonla zəng edərək, yeni növ koronavirus (Covid-19) səbəbindən həyatını itirənlərlə əlaqədar Keldani icmasına başsağlığı verib.

Mişel Dumand Çavuşoğlu ilə apardığı telefon danışığı ilə əlaqədar açıqlama verib. “Xəstəlik səbəbindən icmamızdan 16-17 nəfər ölüb. Çavuşoğlu xarici işlər naziri olaraq Türkiyə adından başsağlığı üçün zəng etmişdi. Ona dərin təşəkkürümü bildirirəm. Çavuşoğlu bütün Keldani icmasına və həyatını itirənlərin yaxınlarına başsağlığı verdi” deyə bildirib.

Yeni növ koronavirus (Covid-19) epidemiyasının bütün dünyaya mənfi təsir göstərdiyini bildirən Dumand xəstəliyin tez bir zamanda aradan qalxmasını arzulayıb.

Digər tərəfdən, nazir Çavuşoğlu aprelin 7-də həmçinin 11 ölkədən olan həmkarı ilə "Covid-19" epidemiyası ilə mübarizə mövzusunda telekonfrans həyata keçirib.

Çavuşoğlu telekonfransdan sonra şəxsi "twitter" hesabındakı paylaşmasında Kanada, Almaniya, Avstraliya, İngiltərə, Braziliya, İndoneziya, Mərakeş, Fransa, Cənubi Afrika, Peru və Sinqapurdan olan həmkarları ilə 4-cü dəfə telekonfrans keçirdiyini bildirib.

Qeyd edib ki, iclasda "Covid-19"-a qarşı təsirli mübarizə aparmaq üçün tibbi ləvazimatlarla təminat və tədarük mövzuları müzakirə olunub.

Diplomatik mənbələrin məlumatına görə, Çavuşoğlu Avropa İttifaqı genişləndirmə komissarı Oliver Varhelyi ilə apardığı telefon danışığı zamanı da epidemiya ilə mübarizə mövzusunu müzakirə edib.



Әlaqәli Xәbәrlәr