THY Nyu-York-İstanbul uçuşlarını dayandırdı

Türk Hava Yolları (THY) yeni növ koronavirusun yayılmasının qarşının alınması tədbirləri çərçivəsində Nyu-York-İstanbul reyslərini dayandırmaq qərarına gəlib.

1386106

THY baş direktoru Bilal Ekşi sosial şəbəkə hesabından etdiyi paylaşmasında Nyu-York xəttinin ləğv edildiyini bildirib.
27 mart 2020 saat 23:59-dan (yerli vaxtla) etibarən 17 aprelə qədər yalnız məhdud xarici xətdə səfərlərin davam edəcəyini, bu xətlər üçün aktual vəziyyətin THY-nin internet saytından təqib edilə biləcəyini ifadə edib.
THY-nin internet saytında yer alan açıqlamada "27 mart 2020-ci il saat 23:59-da (yerli vaxtla) Çikaqo, Vaşinqton, Hong Kong, Moskva və Əddis-Əbəbə istisna olmaqla, bütün beynəlxalq uçuşlarımız 17 aprel 2020-ci ilə qədər dayandırılacaqdır" deyilib.

Әlaqәli Xәbәrlәr