"Tədbirlərə əməl olunmadığı təqdirdə hamımız risq altındayıq", İ.Kalın

Prezidentin sözçüsü İbrahim Kalın "Tədbirlərə əməl olunmadığı təqdirdə hamımız risq altındayıq. Bununla zarafat etmək olmaz. Alınan hər bir tədbir həyatı xilas edər" deyə bildirib.

1383404
"Tədbirlərə əməl olunmadığı təqdirdə hamımız risq altındayıq", İ.Kalın

Prezidentin sözçüsü İbrahim Kalın yeni növ karonovirus infeksiyası ilə bağlı "Tədbirlərə əməl olunmadığı təqdirdə hamımız risq altındayıq. Bununla zarafat etmək olmaz. Alınan hər bir tədbir həyatı xilas edər" deyə bildirib.

İbrahim Kalın özünün "twitter" hesabından etdiyi paylaşımda "Dünyada karonavirusa yoluxma halı sürətlə 400 minə, ölüm sayı 15 minə çatmaqdadır. Təhlükəsizlik tədbirləri yerinə yetirilməzsə hamımız risq altındayıq. Bununla zarafat etmək olmaz. Alınan hər bir tədbir həyat qurtarır. Ehtimallari gözə almamaq, hər bir etinasızlıq bu risqi 10 dəfəyə qədər artırır. Evdə qal və ətrafındakıları qoru" deyə ifadə edib.



Әlaqәli Xәbәrlәr