Polislər də alqışlara layiqdir

Azərbaycan və Türkiyə türkcələrində

1383366
Polislər də alqışlara layiqdir
Türkiyə_tibb işçilərini alqışlama.jpg

 

  Ankara Qazi Universiteti Kompüter və Təlimat Texnologiyaları Təhsil şöbəsinin məzunu, qrafik dizayner Yusif Məmmədzadə Türkiyənin polis əməkdaşlarını da alqışlamağı təklif etdi: “Bizim səhiyyə işçilərinə minnət borcumuz var. Hər zaman deyirik: “Allah kimsəni həkimə möhtac etməsin”. Bu günlər az qala vəkilindən mühəndisinə hər kəs tibbi öyrəndi. Amma bir unuttuğumuz məqam var. Türkiyənin hörmətli səhiyyə naziri Fəxrəddin Koca söylədikdən sonra həkimləri alqışladıq. Amma bizim için küçələrdə keşikçi duran, yaşlılara ərzaq, qıda alış-verişinde yardımçı olan polislərimiz də var. Onlar da alqışa layiqdir. 23 mart saat 22:00-da polislərimizi alqışlayaq. Ağ çiyərlərimizin acıması yerinə ovuclarımız acısın, onlara feda olsun.”

                                         *************************

Polislerimiz de alkış hakediyor

  Ankara Gazi Universitesi Bilgisayar ve Öğretim Teknolojileri Eğitimi bölüm mezunu, grafiker Yusif Memmedzade polislerimiz için de alkış yapmayı teklif etti: “Saat 22:00'da polislerimiz için alkışlayalım. Sağlık çalışanlarına minnet borcumuz var. Her zaman diyoruz, Allah kimseyi doktora muhtac etmesin, diye ama bu illet sayesinde avukatından mühendisine kadar herkes tıp öğrendi. Ama unuttuğumuz birşey var. Bizim için sokaklarda nöbet tutan, yaşlılara erzag gıda alış-verişinde yardımcı olan polislerimiz var. Onlar da bir alkışı hakediyor. Saat 22:00'da polislerimiz için alkışlayalım. Akçiğerlerimiz acıyacağına avuçlarımız acısın. Onlara feda olsun.”

  Qeyd edək ki, Türkiyədə yerli vaxtla saat 21:00-da yeni növ korona virusuna (Covid-19) qarşı fədakarcasına mübarizə aparan tibb işçilərinə dəstək məqsədilə üç dəfə ölkə üzrə alqışlama aksiyası keçirilib. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı da evlərinin eyvanına çıxaraq tibb işçilərini alqışlayıblar. Ölkənin siyasi simaları, tanınmış şəxslər aksiyaya qoşulmaqla çağırışa dəstək veriblər. Türkiyənin hər yerindəki vətəndaşlar tibb işçilərinə minnətdarlıqlarını alqışlarla ifadə ediblər.



Әlaqәli Xәbәrlәr