Fəxrəddin Koca: ''Koronavirusdan həlak olanların sayı 30 nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 30 nəfərə çatıb.

1382950
Fəxrəddin Koca: ''Koronavirusdan həlak olanların sayı 30 nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 30 nəfərə çatıb.

Bu barədə səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.

O, deyib: “Koronavirus epidemiyası nəticəsində 9 nəfər də həlak oldu, daha  289 nəfərdə yeni növ koronavirus aşkar edildi. İndiyədək virusa yoluxanların sayı 1236 nəfərə çatıb''.

Nazir Fəxrəddin Koca bu günədək 20 mindən çox adama koronavirusla bağlı test edildiyini deyib.

''Tədbirlər görməyə davam edəcəyik və virusun öhdəsindən gələcəyik''-deyə səhiyyə naziri qeyd edib.

 



Әlaqәli Xәbәrlәr