Türkiyə Malidəki terror hücumunu qınadı

Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir...

1382306
Türkiyə Malidəki terror hücumunu qınadı

 

  Türkiyə Malidə bir hərbi düşərgəni hədəfə alan və çox sayda əsgərin ölümünə səbəb olan terror hücumunu qınadı.

  Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir:

  "Malinin Qao bölgəsindəki hərbi düşərgəni hədəfə alan terrorçuların  hücumunda çox sayda əsgərin həyatını itirdiyi və yaralandığından kədər duyuruq. Bu terror hərəkətini qınayırıq. Dost və qardaş Mali xalqı və hökumətinə, həyatını itirənlərin ailələri və yaxınlarına başsağlığı, yaralılara şəfalar diləyirik."

  Xatırladaq ki, sözügedən hücumda 29 əsgər ölüb, 5 əsgər yaralanıb.



Әlaqәli Xәbәrlәr