Türkiyə və Gürcüstan Sarp sərhəd qapısını bağladılar, amma...

Türkiyə Daxili İşlər Nazirliyindən verilən yazılı məlumata görə...

1378268
Türkiyə və Gürcüstan Sarp sərhəd qapısını bağladılar, amma...

 

  Türkiyə və Gürcüstan 15 mart tarixindən etibarən Sarp sərhəd qapısını qarşılıqlı və müvəqqəti olaraq yolçu gediş-gəlişinə bağladı.

  Türkiyə Daxili İşlər Nazirliyindən verilən yazılı məlumata görə, Türkiyə və Gürcüstan korona virusu (Kovid-19) epidemiyasına qarşı tədbirlər çərçivəsində iki ölkə arasındakı mövcud üç sərhəd qapısından biri olan Sarpı yolçu gediş-gəlişinə qarşılıqlı bağlama qərarı verdilər.

  Sarp sərhəd qapısında yük nəqliyyatı ilə bağlı isə hər hansı bir məhdudlaşdırma yoxdur.

  Türkiyə Gürcüstanla digər quru sərhəd qapılarında da (Türkgözü-Vale, Aktaş-Kartsakhi) yolçu keçidlərilə bağlı tənzimləmələr davam edəcək.

  Sarpın müvəqqəti bağlanması 15 mart Türkiyə saatıyla 17.00, Gürcüstan saatıyla 18.00-dan etibarən başlayır. 



Әlaqәli Xәbәrlәr