THY İsrailə reys sayını məhdudlaşdırır

Türk Hava Yolları (THY) koronavirus səbəbiylə İsrail reyslərini azaltmaq qərarına gəldi.

1376038
THY İsrailə reys sayını məhdudlaşdırır

THY saytında mövzu ilə bağlı məlumat yayılıb. Bildirilib ki, İsrail hökuməti koronavirus hadisələrinin artması səbəbiylə 09 Mart tarixindən etibarən ölkəyə qayıdacaq bütün İsrail vətəndaşlarının 14 gün evdə təcrid edilməsi qərarına gəlib.

Qərara görə, İsrailə gedəcək xarici vətəndaşlar da ölkəyə qayıdacaq olan İsrail vətəndaşları  kimi karantinə alınacaqlar. Açıqlamada qeyd edilib ki, İsrailin bu qərarından sonra THY İsrailə reys sayını mərhələli olaraq azaldacaq.

 



Әlaqәli Xәbәrlәr