Artıq 13 gündür sığınacaq axtaranlar Avropa sərhədlərindədirlər

Başda İstanbul olmaqla, Anadolunun bir çox ərazilərindən Edirneyə üz tutan miqrantlar Avropaya keçmək üçün hələ də mübarizə aparırlar.

1376465
Artıq 13 gündür sığınacaq axtaranlar Avropa sərhədlərindədirlər
sığınmacılar 3.jpg
sığınmacılar 2.jpg

Başda İstanbul olmaqla, Anadolunun bir çox ərazilərindən Edirneyə üz tutan miqrantlar Avropaya keçmək üçün hələ də mübarizə aparırlar.

Onlar qurudan və sərhəddən çox çay keçidlərindən istifadə edirlər. Miqrantların bəziləri Yunanıstanın onlara qucaq açacağına ümid edərək Pazarkule-Kastanies sərhəd keçid məntəqələri arasındakı neytral ərazilərdə və yaxınlıqdakı meşəlikdə yerləşiblər.

Gecəni burada qurduqları çadırda keçirən 5 mindən artıq miqrant acınacaqlı vəziyyətlə mübarizə aparır.

Kastanies Sərhəd Keçid Məntəqəsi qarşısında tikanlı məftillərlə barrikada quran Yunanıstan Təhlükəsizlik Qüvvələri miqrantlara qarşı su şırnağından istifadə edir, səs və gözyaşardıcı bomba atır, bəzən güllələrdən istifadə edirlər.

Sərhəddə səngər qazıb mövqe quran Yunanıstan Sərhəd Qüvvələri Meriç çayının sahilinə də tikanlı məftildən çəpər çəkiblər.

Sərhəddə gözləyən qaçqınlarla yanaşı, sərhədi keçməyə nail olanlar da Yunanıstan sərhəd qoşunlarının pis rəftarı ilə üzləşirlər.

Yunanıstana keçdikdən sonra sərhəd qoşunlarının silahla yaraladığı miqrantlar, Türkiyəyə geri dönmək məcburiyyətində qalırlar.

Edirnedəki xəstəxanalarda müalicələrini davam etdirən yaralı miqrantların bəzilərinin həyati təhlükəsi davam edir.



Әlaqәli Xәbәrlәr