"Onların 8 Martı qeyd etməsi riyakarlıqdır", R.T.Ərdoğan

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Dünya Qadınlar Günü münasibətilə İstanbulun Haliç Konqres Mərkəzində təşkil edilən "Türkiyənin qəhrəman qadınları" tədbirində çıxışı zamanı söyləyib.

1374221
"Onların 8 Martı qeyd etməsi riyakarlıqdır", R.T.Ərdoğan

 

  “Vicdanları döyənək olmuş bu dünyanın 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etməsi riyakarlıqdır”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Dünya Qadınlar Günü münasibətilə İstanbulun Haliç Konqres Mərkəzində təşkil edilən "Türkiyənin qəhrəman qadınları" tədbirində çıxışı zamanı söyləyib.

  Türkiyə və bütün dünya qadınlarının 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edən dövlət başçısı deyib:

  "Suriyada həyatını itirən bir milyona yaxın adamın bir hissəsi qadın və uşaqlardır. Amma kimsənin bu mövzuda səsini yüksəldiyini görmədik, eşitmədik, bilmirik.

  Avropa qapılarına söykənən 100 minlərlə adam arasında qadınlara olan əziyyət, önlərinə çəkilmiş dəmir hasarlar, döyərək, hətta vurularaq gerigöndərmələri kimsənin qınadığını eşitmədim.

  Vicdanları döyənək olmuş bir dünyanın 8 Mart Dünya Qadınlar Gününü qeyd etməsi, sözün tam mənasında, riyakarlıqdır."



Әlaqәli Xәbәrlәr