Türkiyə Ərəb Dövlətləri Liqasına sərt reaksiya verdi

Xarici İşlər Nazirliyi Ərəb Dövlətləri Liqasının “Türkiyəni hədəf alan və məsnədsiz iddiaları ehtiva edən” qərarları tamamilə rədd etdiyini bildirdi.

1373157
Türkiyə Ərəb Dövlətləri Liqasına sərt reaksiya verdi

Xarici İşlər Nazirliyi Ərəb Dövlətləri Liqasının “Türkiyəni hədəf alan və məsnədsiz iddiaları ehtiva edən” qərarları tamamilə rədd etdiyini bildirdi.

Nazirliyinin bununla bağlı açıqlamasında qeyd edilib ki, Ərəb Dövlətləri Liqasının martın 4-də Qahirədə keçirilən Nazirlər Şurası yığıncağında ölkəmizə yönəldilmiş məsnədsiz iddialar ehtiva edən qərarlarını tamamilə rədd edirik. Türkiyə Ərəb ölkələrinin torpaq vahidliyinə və siyasi birliklərinə hər zaman hörmətlə yanaşır və bunları dəstəkləyir, bölgənin daha çox sabitsizliyə qərq olmaması üçün əməli mövqe ortaya qoyur.

Türkiyənin bu istiqamətdəki cəhdlərinin Ərəb ölkələrinin xalqları tərəfindən təqdir edildiyi bildirilən açıqlamada “Ərəb Liqası Dövlətlərindən bəzilərinin ölkəmizə istiqamətli məsnədsiz ittihamları əsasən bu ölkələrin öz dağıdıcı fəaliyyətlərini örtməyə yönəldilmiş boş cəhdlərin nəticəsidir. Məlum ölkələrin bəzi Ərəb ölkələrində yaşayan qeyri-insani faciələrinə laqeyd yanaşmadıqları, həmin zamanda bu faciələrə səbəb olan rejimləri, milis liderlərini, separatçı qrupları və terror təşkilatlarını dəstəklədikləri də məlumdur. Ərəb Dövlətləri Liqasını ölkəmizə qarşı düşməncə mövqe ortaya qoyan bəzi üzvlərinin təsirində hərəkət etmək əvəzinə bölgədə sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində müsbət rol almağa dəvət edirik”-deyə bildirilib.



Әlaqәli Xәbәrlәr